Çində dəhşətli tayfun: 600 min nəfər təxliyə edildi, ölənlər var
Çinin Fucien və Ciansi əyalətlərində “Saudel” tayfununun gətirdiyi şiddətli leysan yağışları və sel kəskin fəsadlara yol açıb.
hadiseler.info xəbər verir ki, təbii fəlakət səbəbindən Fucien əyalətində sahilboyu yaşayış məntəqələrindən və riskli ərazilərdən 600 min sakin təxliyə edilib.
Əyalətdə 4-cü fövqəladə hazırlıq səviyyəsi, daşqınlara nəzarət üzrə isə 3-cü səviyyəli xəbərdarlıq qüvvədə saxlanılır. İlin 18-ci tayfunu olan “Saudel” Cancou şəhərinə çataraq güclü külək və leysan gətirib. Zərər çəkmiş ərazilərdə xilasetmə və bərpa işlərinə təcili olaraq 210 milyon yuan (təxminən 31 milyon ABŞ dolları) ayrılıb.
Tayfun qonşu Ciansi əyalətində də 123 minə yaxın sakinə mənfi təsir göstərib, 8 700 nəfər təxliyə olunub. Əyalətdə baş verən torpaq sürüşməsi nəticəsində 1 nəfər həyatını itirib, 11 nəfər isə dağıntı və axın altında qalıb.
No Comment! Be the first one.