Çinli kuryerlər saatda 50 km sürət yığır – VİDEO
Çində kuryerlərin istifadə etdiyi xüsusi avadanlıqların saatda 50 kilometrədək sürət yığmaq gücündə olduğu iddia edilir.
hadiseler.info xəbər verir ki, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan bu kadrlar kuryerlərin çatdırılma vaxtını minimuma endirmək üçün moped və elektrikli nəqliyyat vasitələrini xüsusi texniki müdaxilələrlə gücləndirdiyini nümayiş etdirir.
Ekspertlər bildirirlər ki, bu cür yüksək sürət çatdırılma effektivliyini artırsa da, həm kuryerlərin özləri, həm də piyadalar üçün ciddi yol-nəqliyyat təhlükəsi yaradır. Məsələ ilə bağlı yerli təhlükəsizlik qurumları tərəfindən nəzarətin gücləndirilməsi nəzərdə tutulur.
No Comment! Be the first one.