Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür etdi
İtaliyanın Baş naziri Ciorcia Meloni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrikinə görə minnətdarlığını bildirib.
hadiseler.info xəbər verir ki, İtaliya hökumətinin rəhbəri bu barədə “X” sosial şəbəkəsində paylaşım edib:
“Əziz Prezident İlham Əliyev, bu sözləriniz və xalqlarımızı bir-birinə bağlayan səmimi dostluğa görə təşəkkür edirəm. İtaliya və Azərbaycan illər ərzində ortaq baxış və maraqlara əsaslanan möhkəm əməkdaşlıq qurublar. Strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi istiqamətində birlikdə gördüyümüz işdən çox qürur duyuram və əminəm ki, xalqlarımızın maraqları naminə qarşıda əməkdaşlıq üçün yeni mühüm imkanlar açılacaq”.
No Comment! Be the first one.