Co Baydenin səhhəti kəskin ağırlaşıb: Xərçəng metastaz verib
ABŞ-nin keçmiş prezidenti Co Baydenin səhhətində ciddi pisləşmə qeydə alınıb.
hadiseler.info xəbər verir ki, bu barədə eks-prezidentin oğlu Hanter Bayden “BBC”yə verdiyi müsahibədə məlumat paylaşıb.
Hanter Bayden atasının xərçəng xəstəliyinin sümüklər də daxil olmaqla bədənin digər nahiyələrinə metastaz verərək daha ağır mərhələyə keçdiyini bildirib:
“Onun xəstəliyi çox ağrılı və zəiflədicidir. Bu, bir çox cəhətdən əlilliyə səbəb olur. Amma o, hələ də ayaqdadır. Onu belə vəziyyətdə görmək çox kədərlidir”, – deyə Hanter Bayden qeyd edib.
Qeyd edək ki, 83 yaşlı demokrat siyasətçiyə Ağ Evdən ayrıldıqdan dörd ay sonra, 2025-ci ilin mayında sümük metastazları ilə müşayiət olunan aqressiv prostat xərçəngi diaqnozu qoyulduğu açıqlanmışdı.
No Comment! Be the first one.