Cəlilabadda yaşayış evi yandı
Cəlilabad rayonunda yaşayış evində ağır yanğın hadisəsi qeydə alınıb.
hadiseler.info “Bakıvaxtı.az”a istinadən xəbər verir ki, hadisə rayonun Közbulaq kəndində, kənd sakini Yaqub Yaqubova məxsus evdə baş verib.
Alov qısa müddət ərzində genişlənərək bütün tikilini bürüyüb. Hadisə nəticəsində 104 kvadratmetrlik yaşayış evi tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Kənd sakinləri və hadisə yerinə dərhal cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) texnikası və canlı qüvvəsinin operativ müdaxiləsi sayəsində yanğının ətrafdakı digər evlərə və tikililərə keçməsinin qarşısı alınıb.
Hazırda yanğının başvermə səbəbləri ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.