“Dərnəgül” elektrik deposu tarixində ilk qatarı qəbul edib
İnşaat işlərinin ikinci mərhələsi yekunlaşan “Dərnəgül” elektrik deposu tarixində ilk qatarı qəbul edib.
hadiseler.info “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, deponun qismən istismara verilməsi üçün sınaq qatarının hərəkəti uğurla tamamlanıb və depo yolları bütün lazımi texniki parametrlər üzrə yoxlanılıb.
Yeni depoda Yaşıl xətdə hərəkət edəcək qatarların təmir-baxışı, qulluğu, gecələməsi və digər zəruri texniki tədbirlər həyata keçiriləcək.
“Dərnəgül” deposunun istismara verilməsi Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin tərkib hissəsi kimi, metropolitendə xidmət keyfiyyətinin artırılması, sərnişin sıxlığının və qatarlararası intervalların azaldılmasında xüsusi əhəmiyyət daşıyır.
No Comment! Be the first one.