Daşkənddə Ali Dövlətlərarası Şuranın iclası keçirildi
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. İclas çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlıq, ticarət-iqtisadi əlaqələr və birgə investisiya layihələrinin icrası məsələləri ətraflı müzakirə olunub.
No Comment! Be the first one.