Direktorun maşınını yandıran daha bir şəxs həbs edildi- VİDEO
Bakıda məktəb direktorunun avtomobilinin qəsdən yandırılması cinayəti üzrə daha bir nəfər məsuliyyətə cəlb olunub.
hadiseler.info xəbər verir ki, Daxili İşlər Nazirliyi Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin yandırılması faktı üzrə əməliyyatları sürətləndirib.
DİN-dən verilən məlumata görə, hadisəni törədən Fuad İbrahimovla əlbir olan tanışı İlkin Novruzov da saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq hərəkətləri davam etdirilir.
No Comment! Be the first one.