Dövlət Ehtiyatları Agentliyində yeni təyinatlar – Biri sabiq nazirin oğludur
Azərbaycan Dövlət Ehtiyatları Agentliyində yeni sədr müavinləri təyin olunub.
hadiseler.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, Zaur İlham oğlu Abişev və Zaur Əvəz oğlu Ələkbərov Dövlət Ehtiyatları Agentliyinin sədr müavinləri vəzifələrinə təyin ediliblər.
Qeyd edək ki, yeni sədr müavini Zaur Ələkbərov keçmiş maliyyə naziri Əvəz Ələkbərovun oğludur. Xatırladaq ki, bundan əvvəl – ötən gün Səbuhi Sadıqov dövlət başçısının Sərəncamı ilə Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilmişdi.
No Comment! Be the first one.