Dövlət qurumunun adından saxta sənəd düzəldən şəxs tutuldu
Naxçıvan Muxtar Respublikasında dövlət qurumunun adından istifadə edərək vətəndaşlara qarşı külli miqdarda dələduzluq törədən şəxs ifşa edilib.
hadiseler.info “Bakues.az”a istinadən xəbər verir ki, Naxçıvan MR Daxili İşlər Nazirliyi tərəfindən keçirilən araşdırmalar zamanı şübhəli şəxsin vətəndaşlara obyekt tikintisi üçün sərəncam verilməsi adı ilə dövlət qurumu adından saxta sənədlər hazırlayıb təqdim etdiyi məlum olub.
O, bu aldadıcı üsulla vətəndaşların ümumilikdə 250 000 manatdan çox pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib. Keçirilmiş tədbirlər nəticəsində həmin şəxs saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
No Comment! Be the first one.