Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Ərdoğan Azərbaycana səfərə gəlib
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Ərdoğan Azərbaycana səfərə gəlib
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Hadisə

DTX-nin Akademiyasında Zəfər Gününə həsr olunan elmi-praktiki konfrans keçirilib

Noyabr 6, 2026
25 Views

hadiseler.info xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində DTX-nin Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Azərbaycanın Zəfəri: hərbi strategiya, diplomatiya və milli birlik” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.

Bu barədə DTX-dən məlumat verilib.

Bildirilib ki, tədbirdə DTX-nin rəhbər şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, təhlükəsizlik orqanlarının veteranları, xüsusi təyinatlı və mülki ali təhsil müəssisələrinin professor-müəllim heyəti iştirak ediblər.

Tədbir açıq elan olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.  

Konfransda giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi general-mayor Elşad Nəsirov 44 günlük Vətən müharibəsindəki Zəfəri xalqımızın dövlətçilik tarixinin əsas mühüm hadisəsi kimi qiymətləndirərək müvafiq Qələbənin Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu, hərbi strategiya, diplomatik fəaliyyət və xalqın birliyinin nəticəsi olduğunu vurğulayıb. Çıxışda həmçinin, tarihi Zəfərin dövlətimizin qüdrətinin, xalqımızın yenilməz iradəsinin və gələcəyə inamının təcəssümü kimi gələcək nəsillər üçün əbədi qürur mənbəyi olacağı qeyd edilib.  

Daha sonra Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov qələbənin əsasında Heydər Əliyev siyasi irsinin davamçısı Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə yanaşı, onun Vətən müharibəsi dövründə xarici mediaya verdiyi müsahibələrin haqlı mövqeyimizin dünyaya çatdırılmasındakı əhəmiyyətinə diqqət çəkib.  

Deputat, siyasi elmlər doktoru Rizvan Nəbiyev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkənin iqtisadi, siyasi və hərbi potensialını daha da güçləndirdiyini, əldə olunan nailiyyətlərin regionda dayanıqlı sülh və sabitlik üçün geniş imkanlar açdığını bildirib.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutunun rektoru general-mayor Elçin Məmmədov Ümummilli Lider Heydər Əliyevin milli hərbi kadrların yetişdirilməsini prioritet kimi müəyyənləşdirdiyini, Prezident İlham Əliyevin isə bu xətti ardıcıl davam etdirərək hərbi təhsil sistemini və ordunun potensialını daha da inkişaf etdirdiyini qeyd edib.

Yekunda konfransın mövzusuna həsr olunmuş videoçarx nümayiş etdirilib.

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

Bakı metrosunun əsas stansiyalarından biri yenidən qurulacaq

Next

Ağır cinayətlərə görə axtarışda olan şəxs Gürcüstandan Türkiyəyə deportasiya edilib

Next
Noyabr 6, 2026

Ağır cinayətlərə görə axtarışda olan şəxs Gürcüstandan Türkiyəyə deportasiya edilib

Previous
Noyabr 6, 2026

Bakı metrosunun əsas stansiyalarından biri yenidən qurulacaq

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Hadisə
Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı
Ayla
Noyabr 7, 2026
Hadisə
DTX-nin Akademiyasında Zəfər Gününə həsr olunan elmi-praktiki konfrans keçirilib
Ayla
Noyabr 6, 2026
Hadisə
Şəmkirdə “Mercedes” aşdı
Ayla
Noyabr 6, 2026
Hadisə
Kürdəmir rayonunda tanınmış iş adamı toy məclisi zamanı qəfil vəfat edib.
Ayla
Noyabr 6, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Noyabr 8, 2026
Ərdoğan Azərbaycana səfərə gəlib
Noyabr 8, 2026
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Noyabr 8, 2026

Top kateqoriyalar

Dünya 1184
Siyasət 645
Hadisə 618
Cəmiyyət 353

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya