Dubaydan uçan təyyarədə rus və ukraynalı pilotlar dalaşıb
Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsində qaçırılma siqnalının verilməsi həyəcan yaradıb.
hadiseler.info “Ynet”ə istinadən xəbər verir ki, “Flydubai”yə məxsus, 174 sərnişinin olduğu təyyarə gözlənilmədən Səudiyyə Ərəbistanına yönləndirilib.
Uçuş zamanı təyyarədən fövqəladə vəziyyət və qaçırılma siqnalları verilib, pilotlarla əlaqə kəsilib. Bundan sonra İsrail Hərbi Hava Qüvvələri iki qırıcı təyyarə havaya qaldırıb.
Məlum olub ki, həyəcan siqnalına səbəb pilot kabinəsində baş verən fiziki dava olub. “Channel 12”nin məlumatına görə, dava edən pilotlardan biri rusiyalı, digəri isə ukraynalı olub.
Təyyarə Səudiyyə Ərəbistanına məcburi eniş etdikdən sonra hər iki pilot təyyarədən uzaqlaşdırılıb. “Flydubai” də pilotlar arasında mübahisə baş verdiyini təsdiqləyib.
No Comment! Be the first one.