Dünyanın ən gənc monarxı VƏFAT ETDİ
Uqandanın dörd tərkib krallığından biri olan Toronun hökmdarı Oyo Nyimba Kabamba İquru Rukidi IV naməlum xəstəlik səbəbindən 34 yaşında dünyasını dəyişib.
hadiseler.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Krallığın Baş naziri Kelvin Armstronq Rvomiire Akiiki kralın cümə axşamı yerli vaxtla saat 22:00 radələrində vəfat etdiyini açıqlayıb.
Qeyd edək ki, 1995-ci ildə atasının vəfatından sonra cəmi 3 yaşında taxta çıxan IV Rukidi dünyanın ən gənc monarxı kimi Ginnesin Rekordlar Kitabına düşmüşdü.
No Comment! Be the first one.