DYP Bakıda yolda təmirlə bağlı sürücülərə xəbərdarlıq edib
Paytaxtda təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətində məhdudiyyət tətbiq olunacaq.
hadiseler.info xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) məlumat yayıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına əsasən, sentyabrın 4-ü saat 20:00-dan etibarən Binəqədi rayonu ərazisində, Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Məhdudiyyət təmir işləri yekunlaşanadək qüvvədə olacaq. Həmin müddət ərzində DYP əməkdaşları tərəfindən ərazidə yol hərəkəti təhlükəsizliyi ilə bağlı tənzimləmə işləri aparılacaq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücüləri tətbiq olunan müvəqqəti məhdudiyyətə anlayışla yanaşmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
No Comment! Be the first one.