DYP-dən sürücülərə və piyadalara xəbərdarlıq
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.
hadiseler.info xəbər verir ki, müraciətdə sürücülərdən hava şəraitini və yol örtüyünün vəziyyətini nəzərə alaraq nəqliyyat vasitələrini idarə edərkən xüsusilə ehtiyatlı olmaları xahiş olunur. Yağışlı və görmə məsafəsinin məhdud olduğu şəraitdə sürət həddini aşağı salmaq, ara məsafəsini artırmaq, kəskin tormozlamalardan çəkinmək və işıq cihazlarından düzgün istifadə etmək tövsiyə olunur.
Eyni zamanda piyadalara da xəbərdarlıq edilib. Yol örtüyünün sürüşkən olması avtomobillərin dayanma məsafəsini artırdığı üçün piyadaların yolu yalnız müəyyən olunmuş keçidlərdən keçmələri, yola qəfil çıxmamaları və diqqəti yayındıran cihazlardan istifadə etməmələri vurğulanıb.
No Comment! Be the first one.