Dənizdə boğulduğu deyilən 5 uşaq atası xaricdə tapıldı
Astarada dənizdə boğulduğu və meyitinin itkin düşdüyü iddia edilən şəxsin əslində sağ olduğu və ölkədən qaçdığı bəlli olub.
hadiseler.info xəbər verir ki, avqustun 19-da Masallı rayon sakini, 36 yaşlı Elmar Məmmədlinin Xəzər dənizinin Astara ərazisindəki çimərliyində boğulması barədə polisə məlumat daxil olub.
Lakin Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, 5 uşaq atası olan E.Məmmədli suda boğulmayıb. O, hadisənin ertəsi günü — avqustun 20-də hava yolu ilə Azərbaycan hüdudlarını tərk edib.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.
No Comment! Be the first one.