Ələt-Astara yolunda Rusiyadan gələn yük avtomobili yandı – Video
Cəlilabad rayonunda yük avtomobilində yanğın baş verib. Hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
hadiseler.info bildirir ki, yanğın Rusiya vətəndaşı Şapi Maqammedovun idarə etdiyi maşında baş verib. Nəqliyyat vasitəsi Rusiyadan gəlirmiş.
Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Yanğın söndürən texnika dərhal əraziyə baxış keçirib və alov söndürülüb.
Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
No Comment! Be the first one.