Əli Əsədov Laos Prezidenti ilə görüşüb
Oktyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşüb.
hadiseler.info xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.
Görüşdə Laos Prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlər tarixində ilk yüksək səviyyəli səfər kimi xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Prezident İlham Əliyev ilə keçirilmiş görüşün və qəbul edilmiş birgə bəyanatın Azərbaycan-Laos əlaqələrinin inkişafına mühüm impuls verəcəyi bildirilib.
Söhbət zamanı Laos dövlət başçısının Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşündə iştirakının vacibliyi qeyd olunub. Həmçinin Azərbaycanın 2024-2026-cı illər üzrə sədrliyi dövründə təşkilatın institusional inkişafı istiqamətində görülən işlər diqqətə çatdırılıb, ticarət-iqtisadi, nəqliyyat-logistika, energetika, humanitar və minatəmizləmə sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilib.

No Comment! Be the first one.