Əli Nağıyev: “913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb”
2026-cı ilin 1 oktyabrınadək 913 itkin düşmüş şəxsə aid meyit qalıqları aşkarlanaraq götürülüb.
hadiseler.info xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”da bildirib.
DTX rəisi qeyd edib ki, insan qalıqları üzərində aparılan ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını sübut edir. Əsir və girovların beynəlxalq təşkilatlardan gizlədilməsi, işgəncə ilə öldürülməsi və cinayətlərin izlərinin ört-basdır edilməsi beynəlxalq hüququn kobud pozuntusudur və bu əməllərə hüquqi qiymət verilməlidir.
Əli Nağıyev vurğulayıb ki, məhkəmə molekulyar-genetik ekspertizaları nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib:
“Onlardan 273 nəfərin qalıqları ailələrinə təhvil verilərək milli və dini ənənələrə uyğun dəfn edilmişdir. Dəfn olunanların 225 nəfəri hərbçi, 48 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 15 nəfəri qadın, iki nəfəri azyaşlıdır”.
No Comment! Be the first one.