Ələt-Astara magistralında güclü yanğın olub – VİDEO
Bakı-Ələt-Astara magistral avtomobil yolunda yanğın hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, hadisə magistral yolun 103-cü kilometrliyində, açıq ərazidə qeydə alınıb.
Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan çağırış əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Havanın küləkli olması alovla mübarizə tədbirlərini mürəkkəbləşdirsə də, hazırda yanğının yayılmasının qarşısının alınması və tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
No Comment! Be the first one.