Əməkdar artist komaya düşdü – Vəziyyəti kritikdir
Əməkdar artist, tanınmış diktor Sevda Saleh Məmmədzadənin səhhəti kəskin ağırlaşıb.
hadiseler.info xəbər verir ki, sentyabrın 1-dən koma vəziyyətində reanimasiyada olan diktorun son vəziyyəti ilə bağlı qızı Gültən Ramazanova açıqlama verib.
G.Ramazanova anasının vəziyyətinin son dərəcə kritik olduğunu və həkimlərin ümid vermədiyini bildirib: “Anamın böyrəkləri fəaliyyətini dayandırıb. Həkim dedi ki, son saatlarıdır, orqanizm tabgətirmədi. Anam komadan ayılmadı. Hər şey sondur. Həkimlər ümidli deyil. Vəziyyəti hər saat pisləşir”.
Qeyd edək ki, səhhəti kəskin pisləşən sənətkara baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları qoyulub.
No Comment! Be the first one.