Ərdoğan ABŞ-yə səfər edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-York şəhərində keçiriləcək 81-ci Baş Assambleyasının iclaslarında iştirak etmək məqsədilə Amerika Birləşmiş Ştatlarına səfər edib.
hadiseler.info TRT-yə istinadən xəbər verir ki, Ərdoğan sentyabrın 22-də “Etimadın yenidən qurulması, transformasiyanın idarə edilməsi: Hamı üçün nəticə verən Birləşmiş Millətlər Təşkilatı” mövzusunda təşkil olunacaq Baş Assambleyanın ümumi müzakirələrində geniş nitq söyləyəcək.
Türkiyə dövlət başçısı BMT Baş Assambleyasının ilk günündə nəzərdə tutulan liderlərin çıxış proqramında dördüncü sırada çıxış edəcək. Bu, Prezident Ərdoğanın BMT Baş Assambleyası tribunasındakı 16-cı çıxışı olacaq.
Səfər çərçivəsində Türkiyə Prezidentinin müxtəlif dövlət və hökumət başçıları ilə bir sıra ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır. Bundan əlavə, Ərdoğan sentyabrın 23-də BMT Baş katibinin İqlim Fəaliyyəti Sammitində də çıxış edəcək.
No Comment! Be the first one.