Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
hadiseler.info xəbər verir ki, Türkiyə dövlət başçısı bu barədə sosial şəbəkə hesabında paylaşıb edib.
Təbrikdə deyilir:
“Dost və qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü ölkəm və millətim adına ürəkdən təbrik edirəm. Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevə, kədərdə və sevincdə hər zaman bir olduğumuz Azərbaycan Türkü qardaşlarıma salamlarımı çatdırıram”.

No Comment! Be the first one.