Ərdoğan: “Gələn il Ağdamda məktəbin açılışını edəcəyik”
hadiseler.info xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında Ağdamda inşa olunan məktəbdən danışıb.
Türkiyə lideri bildirib ki, Ağdamda sahəsi 14 500 kvadratmetr olan, 40 sinif otağından ibarət məktəbin tikintisinə başlanılıb:
“Gələn il İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik”.
Ərdoğan Qarabağda aparılan yenidənqurma işləri ilə bağlı Azərbaycanın səylərini böyük hörmətlə təqdir etdiklərini vurğulayıb:
“Qarabağın yenidən dirçəlməsi və bölgənin əvvəlki canlılığına qovuşdurulması üçün Azərbaycanın ortaya qoyduğu səyi böyük hörmətlə təqdir edirik. Qarabağda yenidən alovlanan hər ocaq, yüksələn hər əsər, bərpa edilən hər bir tarixi miras Azərbaycan xalqının gələcəyə olan inamını göstərir. Bu yolda təcrübəmizi paylaşmağa davam edəcəyik”.
O, Cəbrayılda həyata keçirilən layihələrə də toxunaraq qeyd edib:
“Ən son Cəbrayılda Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi və Ağıllı Tingçilik qazandırmağın qürurunu yaşadıq. Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyimizin dəstəyi ilə qurulan bu mərkəz Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir nişanəsi olub”.
No Comment! Be the first one.