Ərdoğan İlham Əliyevə zəng etdi
Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
hadiseler.info xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli müttəfiqlik münasibətlərini, eləcə də regional və qlobal məsələləri ətraflı müzakirə ediblər.
Rəcəb Tayyib Ərdoğan qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib. Türkiyə dövlət başçısı Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini bir daha çatdırıb və Prezident İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşünə dəvət edib.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirərək, iki ölkə arasındakı sarsılmaz qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla möhkəmlənəcəyini vurğulayıb.
No Comment! Be the first one.