Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqladı
Türkiyənin Şanlıurfa şəhərində 2,5 kilometr uzunluğunda olan Azərbaycan Bulvarı istifadəyə verilib.
hadiseler.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfa Şəhər Xəstəxanasının açılış mərasimindəki çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, ümumi dəyəri 1,3 milyard lirə olan bu infrastruktur layihəsi və müxtəlif səviyyəli yol qovşağı Karaköprü rayonundakı TOKİ yaşayış massivləri səbəbindən yaranan nəqliyyat sıxlığını aradan qaldırmağa xidmət edəcək. Türkiyə lideri layihənin inşasında əməyi olan nazirliyi və podratçı şirkətləri təbrik edib.
No Comment! Be the first one.