Ermənilərin Gəncədə törətdiyi ilk raket terrorundan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından altı il ötür.
hadiseler.info xəbər verir ki, 2020-ci il oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində dinc sakinlərin yaşayış sahələrinə, ikimərtəbəli binaya və fərdi evlərə düşüb.
Müharibə zonasından kənarda edilən bu ilk ciddi hücum nəticəsində mülki şəxs Tunar Əliyev şəhid olub, 32 dinc sakin isə yaralanıb. Raket zərbələri yaşayış evləri ilə yanaşı mülki infrastruktur və qədim tarixi tikililərə də ciddi ziyan vurub.
Qeyd edək ki, müharibə dövründə Ermənistan silahlı qüvvələri Gəncəni ümumilikdə 5 dəfə (4, 5, 8, 11 və 17 oktyabr tarixlərində) raket və ağır artilleriyadan atəşə tutub. Bu terror aktları nəticəsində 26 nəfər dinc sakin şəhid olub, 175 nəfər xəsarət alıb.
No Comment! Be the first one.