Evdən 75 min manatlıq seyfi oğurlayan dəstə ifşa olundu
Lənkəran rayonunda evdən iri məbləğdə pul və seyf oğurlayan 3 nəfər polis əməkdaşları tərəfindən tutulub.
hadiseler.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata əsasən, Lənkəran rayonunda yerləşən mənzillərin birindən 500 manat nağd pul və daxilində 75 min manat olan seyfin oğurlanması barədə hüquq-mühafizə orqanlarına daxil olan müraciət əsasında operativ tədbirlər keçirilib.
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən İsmət Baxşiyev, Seyhun Hüseynov və Yusif Nuriyev müəyyən edilərək saxlanılıblar. Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq-araşdırma tədbirləri davam etdirilir.
No Comment! Be the first one.