Şəmkirdə 13 il əvvəl törədilən dəhşətli qətlin üstü açıldı
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkirdə 13 il əvvəl törədilmiş xüsusilə ağır cinayətin üstü açılıb.
hadiseler.info xəbər verir ki, 2013-cü il avqustun 5-də Şəmkir şəhər sakini, 59 yaşlı Kifayət Məhərrəmovanın evində öldürülməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində davam etdirilib. Aparılan kompleks istintaq zamanı hadisəni Şəmkir rayon sakini Xəyal Məmmədovun törətdiyinə əsaslı şübhələr müəyyən olunub.
Məlum olub ki, X.Məmmədov tamah məqsədilə K.Məhərrəmovanın mənzilinə daxil olaraq ona cib bıçağı ilə çoxsaylı zərbələr endirməklə xüsusi amansızlıqla qətlə yetirib. Daha sonra evdən 100 manat nağd pul və çoxsaylı qızıl-zinət əşyalarını götürərək hadisə yerindən qaçıb.
Xəyal Məmmədov verdiyi ifadədə və ifadəsinin yerində yoxlanılması zamanı cinayəti etiraf edib. Barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddələri ilə ittiham elan olunaraq Şəmkir Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq davam edir.
No Comment! Be the first one.