“Fənərbaxça” səfərdə 5 qolla qalib gəldi
hadiseler.info xəbər verir ki, Türkiyə Super Liqasında XI turun növbəti oyunları keçirilib.
Keçirilən qarşılaşmada “Fənərbaxça” səfərdə “Çorum”un qonağı olub. İstanbul təmsilçisi rəqibini 5:0 hesabı ilə məğlub edərək iki oyunluq qələbəsizlik seriyasına son qoyub. Qonaqların heyətində Meyson Qrinvud (12, 63) və İrfan Can Kahveci (21, 56) dubla imza atıblar. Digər qolu isə 74-cü dəqiqədə Oğuz Aydın vurub.
Bu nəticədən sonra xallarını 19-a çatdıran “Fənərbaxça” bir oyun artıq keçirməklə 5-ci pilləyə yüksəlib. 16 xalı olan “Çorum” isə 9-cu sırada qalıb.
Qeyd edək ki, növbəti turda “Fənərbaxça” səfərdə “Kocaelispor”la, “Çorum” isə “Başakşəhər”lə qarşılaşacaq.
No Comment! Be the first one.