FHN Aparatında kadr və struktur DƏYİŞİKLİYİ
Fövqəladə Hallar Nazirliyinin Aparatında genişmiqyaslı struktur dəyişiklikləri həyata keçirilib.
hadiseler.info xəbər verir ki, nazir Kəmaləddin Heydərovun müvafiq əmrinə əsasən, 7 idarə şöbəyə çevrilib, 2 idarə ləğv olunub, 1 yeni idarə yaradılıb.
Həyata keçirilən dəyişiklikdən sonra əvvəlki idarə rəisləri müvafiq şöbələrin müdiri vəzifəsinə təyin ediliblər.
Bundan başqa, Zahid Aşurovun rəhbərlik etdiyi Komendant xidmətinin təşkili və texniki təminat idarəsi də ləğv edilən qurumlar arasındadır.
No Comment! Be the first one.