Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıb
Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisinin əsas yarışı başa çatıb və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
hadiseler.info xəbər verir ki, fəxri kürsünün ilk pilləsində “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassell yer alıb. “Red Bull”un niderlandlı sürücüsü Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü pillənin sahibi olub.
Qaliblərə mükafatları Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Mohammed Ben Sulayem təqdim ediblər.
No Comment! Be the first one.