Formula 1-in keçdiyi yollarda hərəkət bərpa olundu
Bakıda keçirilən “Formula 1” Azərbaycan Qran-prisi 2026 ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi mərkəzi küçələrdə nəqliyyatın hərəkəti tam bərpa olunub.
hadiseler.info xəbər verir ki, əsas yarış başa çatdıqdan dərhal sonra şəhərdə halqa infrastrukturu və Azneft dairəsindəki tribunalarda söküntü işlərinə başlanılıb, mərkəzi küçələr nəqliyyatın istifadəsinə qaytarılıb.
Məhdudiyyətlərin bir hissəsi gecə saat 00:00-da başa çatıb. Saat 12:30-dan etibarən isə, yalnız Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Zərifə Əliyeva və Puşkin küçələrinin kəsişməsinədək olan kiçik hissə istisna olmaqla, yollarda hərəkət tamamilə bərpa edilib.
Qeyd edək ki, Formula 1 həftəsi ərzində şəhərdə nəqliyyatın daha rahat təşkili üçün tranzit dəhlizlər açıq saxlanılırdı. 2026-cı ildə nəqliyyat imkanları daha da genişləndirilərək ilk dəfə Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhliz təşkil olunmuşdu.
No Comment! Be the first one.