Formula 1 üzrə Azərbaycan Qran-Prisində sıralama turu başa çatıb
“Formula 1” üzrə Azərbaycan Qran-Prisində növbəti mərhələ geridə qalıb.
hadiseler.info xəbər verir ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisində saat 16:04-də start götürən sıralama turu artıq başa çatıb.
Gərgin mübarizənin yekununda “Mercedes” komandasının pilotu Corc Rassell birinci yeri tutaraq poul mövqeyini qazanıb. “Ferrari”nin sürücüsü Şarl Lekler ikinci, “Maklaren”dən Oskar Pyastri isə üçüncü nəticəni göstərib.
Qeyd edək ki, Corc Rassell bundan öncə keçirilən hər iki sərbəst yürüşdə də ən yaxşı nəticəyə imza ataraq birinci olmuşdu.
No Comment! Be the first one.