“Formula 2” yarışında sprint yürüşünün qalibi bəlli olub
Formula 1 üzrə Azərbaycan Qran-prisi çərçivəsində keçirilən “Formula 2” yarışında sprint yürüşü başa çatıb.
hadiseler.info xəbər verir ki, gərgin keçən mübarizənin yekununda “Dams Lucas Oil” komandasının isveçli pilotu Dino Beqanoviç birinci yeri tutaraq yarışın qalibi olub.
Yürüşdə ikinci yeri “Trident” komandasının niderlandlı sürücüsü Laurens van Hoepen, üçüncü yeri isə “Rodin Motorsport” kollektivindən Aleks Dann tutub.
No Comment! Be the first one.