Tacikistanın Baş naziri Bakıda Zəfər parkını ziyarət edib- FOTOLAR
Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının Baş naziri Koxir Rasulzoda Bakı şəhərində yerləşən Zəfər parkını ziyarət edib.
hadiseler.info AZƏRTAC-a istinadən xəbər verir ki, parkda baş tutan mərasimdə fəxri qarovul dəstəsi düzülüb.
Tacikistanın Baş naziri Koxir Rasulzoda Zəfər abidəsinin önünə əklil qoyub. Ziyarət zamanı ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıq, qazanılan möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi amacı ilə salınmış Zəfər parkı barədə etraflı bilgi verilib.




No Comment! Be the first one.