Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
Fransa hökuməti Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya casusluqda ittiham olunan Fransa vətəndaşı Martin Ryanın əfv edilməsi barədə qərarını yüksək qiymətləndirib.
hadiseler.info xəbər verir ki, bu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Fransa xarici siyasət idarəsi 2023-cü ilin dekabrından Azərbaycanda həbsdə saxlanılan vətəndaşının əfv olunmasını rahatlıqla qarşıladığını və bu humanitar jesti yüksək qiymətləndirdiyini bəyan edib. Açıqlamada qeyd olunur ki, bu qərar iki ölkə arasında aparılan dialoqun nəticəsində əldə olunub və münasibətlərin normallaşması istiqamətində mühüm bir adımdır.
İşin təfərrüatı:
Məhkəmə hökmü: “Merkorama” MMC-nin baş direktoru Martin Ryan 2023-cü il dekabrın 4-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2026-cı il 16 mart tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi üzrə 10 il azadlıqdan məhrum edilmişdi.
İttihamın mahiyyəti: M.Ryanın Fransa xüsusi xidmət orqanının (DGSE) tapşırığı ilə Azərbaycanın istehsal etdiyi silah-sursatlar, Vətən müharibəsində ordunun komplektləşdirilməsi, müxtəlif ölkələrlə hərbi əməkdaşlıq planları və gizli pul köçürmələrinin təşkili kimi məxfi məlumatları toplamağa cəlb edildiyi müəyyən olunmuşdu.
Əfv Sərəncamı: Prezident İlham Əliyevin imzaladığı son əfv Sərəncamı ilə Martin Ryan cəzasının çəkilməmiş hissəsindən azad edilib.
No Comment! Be the first one.