Fransada 250 mindən çox insan aksiyalara qatılıb
Fransada ölkə boyu etiraz aksiyaları səngimir.
hadiseler.info xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin onlarla şəhərində keçirilən nümayişlərə 250 mindən çox insan qatılıb.
Paytaxt Parisdə yürüş başlamazdan əvvəl Ümumi Əmək Konfederasiyasının (CGT) baş katibi Sofi Bine çıxış edərək bütün əmək haqlarının artırılmasını, bahalaşma ilə mübarizə tədbirlərinin görülməsini və dövlət xidmətləri üçün əlavə resursların ayrılmasını tələb edib. Genişmiqyaslı aksiyalar zamanı Parisdə polislə etirazçılar arasında gərginlik yaşanıb və hüquq-mühafizə orqanları iştirakçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər.
No Comment! Be the first one.