Türkiyədə 8 nəfəri öldürən şəxsin kimliyi bəlli oldu- VİDEO
Türkiyənin Afyonkarahisar vilayətində kütləvi qətliam törətməkdө şübhəli bilinən şəxsin kimliyi müəyyənləşib.
hadiseler.info “A Haber”ə istinadən xəbər verir ki, səkkiz nəfəri tüfənglə qətlə yetirməkdə şübhəli bilinən şəxs 30 yaşlı Arif Sefa Özdemirdir. Məlumata görə, onun psixoloji müalicə aldığı bildirilir.
Hadisə yerindən qaçarkən istifadə etdiyi qırmızı avtomobil Eskişehirdə tapılıb və maşından xeyli sayda sursat aşkarlanıb. Qeyd edək ki, qurbanlar arasında iki nəfər məktəb müəllimi də olub. Hüquq-mühafizə orqanları tərəfindən şübhəlinin saxlanılması istiqamətində xüsusi əməliyyatın keçirilməsi gözlənilir.
No Comment! Be the first one.