Fransada 26 yaşlı MMA döyüşçüsü silahlı insident zamanı öldürüldü
Fransanı təmsil edən qarışıq döyüş sənətləri (MMA) idmançısı Penqo Bossio Vanqi Paris ətrafındakı Trapp kommunasında baş verən silahlı insidentin qurbanı olub.
hadiseler.info xəbər verir ki, faciəvi hadisə barədə məlumatı 26 yaşlı gənc döyüşçünün məşq etdiyi “Atch Academy” klubu özünün sosial şəbəkə hesabında yayıb.
Bir müddət öncə Fransanın Baş naziri Sebastyen Lekornyu İvelin departamentinin Trapp kommunasında baş verən atışma nəticəsində bir nəfərin öldüyünü, dörd nəfərin isə yaralandığını açıqlamışdı. Məlumata görə, cinayətkar bir neçə məhəllə boyu, o cümlədən uşaq meydançasının yaxınlığında avtomobilin pəncərəsindən piyadalara qəsdən atəş açıb. Polis əməkdaşlarının operativ müdaxiləsi nəticəsində şübhəli şəxs dərhal saxlanılıb. Araşdırma zamanı onun 39 yaşlı yerli sakin olduğu müəyyənləşdirilib. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
No Comment! Be the first one.