Fransada etirazlar zamanı onlarla tələbə yaralanıb- VİDEO
Fransada məktəblərin acınacaqlı vəziyyəti, resurs çatışmazlığı və dərs yüklənmələrinə etiraz olaraq keçirilən aksiyalar zamanı onlarla tələbə və təhsil işçisi xəsarət alıb.
hadiseler.info xəbər verir ki, Fransanın təhsil naziri Eduard Jeffrey etirazlar başlayandan bəri 76 tələbə və təhsil işçisinin yaralandığını açıqlayıb.
Ötən həftədən etibarən başlayan nümayişlər Fransa hökumətinin 2027-ci il üçün hazırladığı sərt büdcə layihəsi fonunda daha da şiddətlənib. Etirazçılar siniflərin həddindən artıq sıx olmasından və kadr çatışmazlığından şikayətlənirlər. Hökumət nümayəndələri aksiyaçıları məsuliyyətsizlikdə ittiham etsələr də, təhsil sistemində ciddi problemlərin olduğunu və onların həllinin vacibliyini etiraf ediblər.
Daha əvvəl Fransa polisinin məktəblər qarşısında keçirilən aksiyalar zamanı 440 nəfəri saxladığı bildirilib.
No Comment! Be the first one.