Fransada naməlum şəxs insanlara atəş açdı – 1 ölü, 4 yaralı
Fransada, Paris yaxınlığında yerləşən Trapp kommunasında silahlı insident qeydə alınıb. Naməlum şəxs avtomobildən ərazidəki insanlara atəş açıb.
hadiseler.info xəbər verir ki, bu barədə Fransanın BFMTV telekanalı məlumat yayıb.
Hücum nəticəsində 1 nəfərin həlak olduğu, daha 4 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Baş vermiş qanlı hadisə ilə bağlı Fransanın Milli Antiterror Prokurorluğu vəziyyəti nəzarətə götürərək araşdırmalara başlayıb.
No Comment! Be the first one.