Fransadakı kütləvi iğtişaşların vurduğu ziyan açıqlandı
Fransada səngimək bilməyən kütləvi iğtişaşlar və küçə toqquşmaları ölkə iqtisadiyyatına və ticarət sektoruna ağır zərbə vurmaqda davam edir.
hadiseler.info xəbər verir ki, kütləvi aksiyalar nəticəsində ticarət obyektlərinə və biznes subyektlərinə dəyən ziyanın həcmi artıq yüz milyonlarla avro ilə ölçülür.
Bu barədə Fransanın Ticarət və Distribusiya Federasiyası rəsmi məlumat yayıb.
Qurumun statistik göstəricilərinə görə, iğtişaşlar və talanlar zamanı ölkə üzrə 1500 ticarət müəssisəsi, mağaza və obyekt ciddi zərər çəkib, qarət olunub və ya yandırılıb.
Xatırladaq ki, Fransada yanacağın kəskin bahalaşmasına, alıcılıq qabiliyyətinin aşağı düşməsinə və sosial-iqtisadi böhrana qarşı kütləvi etiraz aksiyaları günbəgün şiddətlənir. Ötən gün ölkə miqyasında keçirilən nümayişlərdə yarım milyondan çox insan küçələrə axışaraq iştirak edib.
No Comment! Be the first one.