Fransadakı kütləvi iğtişaşlarda saxlanılanların sayı 1800-ə çatıb
Fransada artan yaşayış xərcləri və iqtisadi böhrana qarşı başlayan kütləvi iğtişaşlar zamanı saxlanılan şəxslərin sayı 1800 nəfərə yüksəlib.
hadiseler.info xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat paylaşıb.
Daxili işlər naziri bildirib ki, hazırda ölkə üzrə hüquqazidd əməllər törədən, asayişi pozan və zorakılıq hallarına yol verən şəxslərin tam müəyyən edilərək məhkəmə qarşısına çıxarılması məqsədilə genişmiqyaslı istintaq və araşdırmalar davam etdirilir.
No Comment! Be the first one.