Fransanın daxili işlər naziri istefa verdi
Fransada həftəsonu baş verən kütləvi iğtişaşlar və talanlardan sonra ölkənin daxili işlər naziri Loran Nunyes vəzifəsindən istefa vermək istəyib.
hadiseler.info xəbər verir ki, nazir istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim edib. Bu barədə Yelisey Sarayı rəsmi məlumat yayıb.
Bununla belə, Fransa lideri Emmanuel Makron daxili işlər nazirinin istefa təklifini qəbul etməyib və müraciəti rədd edib.
Fransa dövlət başçısı polis və təhlükəsizlik qüvvələri daxilində idarəetmənin qorunub saxlanılmasını təmin etmək üçün Loran Nunyesin vəzifəsində qalmasının vacibliyini vurğulayıb. Makron nazirdən talançılar və radikal qruplarla effektiv mübarizə aparmaq üçün qısa müddətdə yeni təhlükəsizlik yanaşmaları və planı hazırlamağı xahiş edib.
Xatırladaq ki, oktyabrın 17-də Fransada keçirilən nümayişlər kütləvi iğtişaşlara çevrilib. Müxtəlif şəhərlərdə etirazçılarla polis arasında şiddətli toqquşmalar baş verib, yüzlərlə ticarət obyekti və mağaza radikal qruplar tərəfindən talan edilib.
No Comment! Be the first one.