Əlavə qatar reysləri təşkil olunur
Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar sərnişin sıxlığını nəzərə alaraq Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin olunub.
hadiseler.info xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC rəsmi məlumat yayıb.
Məlumata görə, noyabr ayındakı ardıcıl 4 qeyri-iş günündə artan sərnişin tələbatını qarşılamaq məqsədilə noyabrın 7-si, 8-i, 9-u və 10-da Bakı-Qəbələ-Bakı istiqamətində həm gediş, həm də dönüş üzrə əlavə qatar reysləri hərəkətdə olacaq.
Sərnişinlər biletləri ADY-nin rəsmi internet saytından, “ADY Mobile” tətbiqindən və ya dəmiryol vağzallarının kassalarından onlayn və nağd şəkildə əldə edə bilərlər.
No Comment! Be the first one.