Rusiyanın Baş naziri Tacikistana səfər edəcək
Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin 19-20 oktyabr tarixlərində Tacikistanın paytaxtı Düşənbə şəhərinə rəsmi səfər edəcək.
hadiseler.info xəbər verir ki, bu barədə Rusiya Hökumətinin Mətbuat Xidməti məlumat yayıb.
Səfərin məqsədi Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Hökumət Başçıları Şurasının növbəti iclasında iştirak etməkdir.
ŞƏT-in 2035-ci ilə qədər İnkişaf Strategiyası müzakirə olunacaq
Bəyanatda bildirilir ki, hökumət başçıları təşkilatın yaradılmasının 25-ci ildönümü çərçivəsində ticarət, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdən keçirəcəklər. Müzakirələrin əsas mövzularından biri Bişkek sammitində əldə olunmuş razılaşmaların icrası və ŞƏT-in 2035-ci ilə qədər İnkişaf Strategiyasının həyata keçirilməsi olacaq.
Həmçinin iclas çərçivəsində multimodal yerüstü yük daşımaları üçün vahid rəqəmsal platformanın yaradılması konsepsiyasının qəbulu və üzv dövlətlər arasında beynəlxalq dəmir yolu nəqliyyatının inkişafı təşəbbüsünün təsdiqlənməsi planlaşdırılır.
No Comment! Be the first one.