Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
Bu gün Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbələrdən birinin — Füzuli şəhərinin erməni işğalından azad olunmasının 6-cı ildönümüdür.
hadiseler.info xəbər verir ki, 2020-ci il oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün “X” hesabında Füzuli şəhəri və rayonun bir sıra yaşayış məntəqələrinin düşməndən təmizləndiyini elan etmişdi.
Dövlət başçısının paylaşımında Füzuli şəhəri ilə yanaşı, rayonun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı və Cuvarlı kəndlərinin də işğaldan tam azad edildiyi bildirilmişdi.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis olunması çərçivəsində 17 oktyabr – Füzuli Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur.
Füzuli əməliyyatı 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli strateji qələbələrindən biri kimi hərb tariximizə həkk olunub.
No Comment! Be the first one.