Gəncədə şok cinayət: Oğlu anasını qətlə yetirdi
Gəncədə 64 yaşlı qadının oğlu tərəfindən qətlə yetirilməsi faktı ilə bağlı təfərrüatlar bəlli olub.
hadiseler.info xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən bazardakı dükanlardan birində qeydə alınıb. 1962-ci il təvəllüdlü L. Verdiyeva aralarında baş verən mübahisə zamanı oğlu tərəfindən kəsici alətlə ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan 64 yaşlı qadına tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində anasını qətlə yetirməkdə şübhəli bilinən 44 yaşlı Ramin İsmayılov saxlanılaraq məsuliyyətə cəlb edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
No Comment! Be the first one.