Göyçayda “Mercedes”lə motosiklet toqquşdu: Yaralı var
Göyçay rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, qəza rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili motosikletlə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
No Comment! Be the first one.